Qırmızı.az
Ərəb əmirlərinin azərbaycanlı qənimi - Qadın alveri
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Almaz Həsənovanın cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Almaz Həsənova Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib.
İnsan Alverinə qarşı Mübarizə İdarəsinin məlumatına əsasən, Almaz Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlb etmək fəaliyyəti ilə məşğul olmayıb. Almaz Həsənova tabeliyindəki fahişələri zəngin ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.
Almaz Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-ə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları bu işə cəlb etməyə məcbur edib. Cinayət işində 3 qurbanın adı hallanıb.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Almaz Həsənovanın anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı yanvarın 7-nə təyin olunub.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?