Bakıda 20 nəfər dəm qazından zəhərləndi,1-i öldü
Bizi izləyin

Qırmızı.az

Bakıda 20 nəfər dəm qazından zəhərləndi,1-i öldü

Ötən gün Bakıda 20 nəfər dəm qazından zəhərlənib, onlardan 16-nın vəziyyəti ağır olduğuna görə xəstəxanaya yerləşdirilib. Bir nəfər isə ölüb.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə zəhərlənmə paytaxtın 6 müxtəlif rayonunda olub.

“Ölüm Suraxanı rayonu Hövsan qəsəbəsində olub. 24 yaşlı qadın hamamda ölüb. Ailənin verdiyi məlumata görə, ölüm səbəbi dəm qazıdır. Bununla bağlı hüquq mühafizə orqanları araşdırma aparır. Digərlərinə həkimlər ilkin yardım göstərərkən, onların dəm qazından zəhərləndiyini müəyyən ediblər. Zəhərlənənlər arasında azyaşlı yoxdur”.

Z.Vahidova bildirdi ki, zəhərlənmələr vətəndaşların qazdan, qızdırıcı cihazlardan düzgün istifadə etməməsi və hamam otaqlarının tələblərə uyğun olmamasından baş verir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm