Qırmızı.az
Leyla Əliyeva uşaqları sevindirdi - FOTOLAR
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) Moskva şəhərinin uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
Publika.az-ın AzərTAc-a istinadən verdiyi
məlumata görə, “Baku” kinoteatrındakı bayram tamaşasına Moskvanın
uşaq evlərində tərbiyə alan balacalar, habelə Kərim Kərimov adına
Azərbaycan etnomədəni komponentli 157 nömrəli məktəbin və gürcü
etnomədəni komponentli 1331 nömrəli məktəbin şagirdləri dəvət
olunub.
Həmin gün uşaqları Şaxta baba, Qar qız və Küpəgirən qarının
müşayiəti ilə “Yolkanın dövrəsində”, “Sabun qovuqları şousu”,
”Akva-qrim”, “Şokolad fəvvarəsi”, “Bacarıqlı əllər dərnəyi”
interaktiv proqramlarını, “Foto-teatr” attraksionunu təqdim edən
peşəkar animatorlar şənləndiriblər. Uşaqlar ayı balalarının maraqlı
macəralarına tamaşa edib, oynaq mahnıların sədaları altında rəqs
ediblər.
Əyləncəli proqramla bərabər, Yeni il kökələrinə və açıqcalarına
naxış vurulması üzrə ustad dərsləri keçirilib.
Sonra uşaqlar, valideynlər və tərbiyəçilər kinoteatrın tamaşa
salonuna keçiblər. Burada ÜAK-ın icraçı direktoru İlqar Hacıyev
uşaqları və onların valideynlərini Yeni il bayramı münasibətilə
təbrik edib. O, şənliyin təşkilinə dəstəyə və köməyə görə Heydər
Əliyev Fonduna təşəkkür edib. Sonra “Durnabalığının buyruğu ilə”
kukla tamaşası göstərilib.
Valideynlər maraqlı tamaşaya və bayram ovqatına görə təşkilatçılara təşəkkür ediblər. Uşaqların bəxtəvər simaları bu təriflərin ən gözəl təsdiqi olub.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və ÜAK-ın təmsilçiləri uşaqlara ənənəvi Yeni il hədiyyələri təqdim ediblər.
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi