Məktəbli qızın saçının yolunması xəbəri yalan çıxdı
Bizi izləyin

Qırmızı.az

Məktəbli qızın saçının yolunması xəbəri yalan çıxdı

Yasamal rayonu 53 saylı orta məktəbin şagirdinin müəllimə tərəfindən saçının yolunması xəbəri təsdiqini tapmayıb.

Bu barədə Publika.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva məlumat verib.

O, məsələ ilə bağlı idarə əməkdaşlarının məktəbdə araşdırma apardığını deyib.

“Aparılan araşdırma nəticəsində məlum olub ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şagirdin valideyni də bildirib ki, qızının saçı 2 ay əvvəl aparılan müalicə nəticəsində tökülüb. Valideynləri tərəfindən idarəyə müraciət olmayıb. Qızın şəkli sosial şəbəkədə böyük bacısı tərəfindən yerləşdirilib”.

Qeyd edək ki, sosial şəbəkədə Dənizin saçının töküldüyünü əks etdirən fotolar yayılıb. Bildirilib ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qızın saçını yolub. Buna səbəb isə birinci sinif şagirdinin yazını yaxşı yazmaması olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm