Qırmızı.az
Metroda həyəcan - eskalator qırıldı
Bu gün günorta saatlarında metronun “Elmlər Akademiyası” stansiyasında eskalator qırılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, eskalator hərəkət edərkən sərnişinlərin atdığı sərt əşya onun bir neçə darağını sındırıb:
“Eskalatorun darağı asan qırılan materialdan hazırlanmır. Sadəcə sərt əşya atıldığına görə hərəkət zamanı dişlər sıxılıb qırıla bilir. Bir neçə daraq qırıldığına görə, həmin eskalatorun hərəkəti dayandırılıb. Ehtiyat eskalator işə salınıb. Bu hadisə inzibati pozuntu kimi qeydə alınır. Həmin anda bu hadisəni törədən şəxs tutulursa, inzibati tədbir görülür. Yaxud da video-müşahidə əsasında həmin şəxsin kimliyi müəyyən edilir. Polis tərəfindən metroya dəymiş ziyana görə inzibatı protokol tərtib edilir.”
Gülxar
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?