Qırmızı.az
Nazirliyin saytında müzakirə bölməsi yaradıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (http://www.mlspp.gov.az) əmək və sosial müdafiəsi sahəsi ilə bağlı hazırlanan yeni normativ hüquqi aktların layihələrinin ictimai müzakirəyə çıxarılması məqsədilə ayrıca bölmə yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Publika.Az-a verilən məlumatda bildirilir ki, vətəndaşlar sayta daxil olmaqla «Qanunvericilik» bölməsinin «Qanunvericilik layihələri» alt bölməsində yeni layihələrlə tanış ola, eyni zamanda rəy və təkliflərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Sayta ilk olaraq nazirlik tərəfindən hazırlanmış «Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı (2014-2018-ci illər)»nın və «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun layihələri yerləşdirilib. Həmin layihələrlə bağlı rəy və təkliflər martın 3-dək qeyd olunan e-ünvanda qəbul olunacaq.
«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununa («normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi») əsasən həyata keçirilən tədbir normayaratma fəaliyyətində aşkarlığın təmin olunmasına xidmət edir.
Publika.Az
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu