Qırmızı.az
Tanınmış jurnalist: “Əmim oğlu Suriyada öldürüldü”
Vəhabilər məsələsində ehtiyatlı olmalıyıq. Orda öldürülənlərin çoxu bizim Azərbaycandan gedənlərdir.
Bu sözləri BayMedia-ya tanınmış jurnalist Nigar Börek bildirib.
“Azərbaycan mediası vəhabilər məsələsində diqqətli olmalı və onların oyuna gedəcək xəbərlər yayılmamalıdır. Biz bu yolla təriqətə xidmət edənləri Suriyaya getmələrini həvəsləndirə bilərik.
Onların oyunlarına getməməliyik. Maarifləndirici işləri gücləndirmək lazımdır”,-deyən jurnalist bu günlərdə əmisi oğlunun Suriyada öldürülməsində və ora necə aparılmasından danışdı:
“Mənim əmim oğlu Fariz Abdullayev Suriyaya aldadılıb gedənlərdən idi. Anası onu əzab əziyyətlə böyütmüşdü. Fariz 10 yaşından atasız qalmışdı. Əsgərliyini Tərtərdə düşmənlə üz-üzə cəbhədə keçirmişdi. Çox vətənpərvər, sakit və mədəni oğlan idi. Buna görə də onların oyunlarının qurbanı oldu. Xüsusilə, vəhabilər belə gənclərdən istifadə edirlər və öz oyunlarına salırlar.
Sonradan qayıtmaq istəsələr belə, geri qayıda bilmirlər.
O Türkiyədə İzmirdə bir kürd ailəsinin evində qaldıqdan sonra, oradan da Suriyaya gedib. Əvvəlcə, anasına deyirmiş ki, mən Türkiyədəyəm. Sonradan bacısı ilə skypla danışanda sonra, onu hərbi formada görüb. Ondan sonra bilib ki, Suriyadadır.
Onun ölüm xəbərini bacısının telefonuna mesaj olaraq yazıblar: “oğlunuz Allah yolunda şəhid oldu” sözünü və birdə ölüm şəkilini göndəriblər. Bu ailə üçün çox dəhşətli hadisədir və hələ də ailə bu acını yaşayır”,-deyə N.Börək əlavə edib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı