Qırmızı.az
Hava yağıntılı olacaq
Yaxın iki gün ərzində Azərbaycanda temperatur rejimində ciddi dəyişiklik gözlənilməsə də, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yaxın iki gün ərzində Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacaq. Günün ikinci yarısında havanın dəyişkən buludu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti təşkil edəcək.
Sabah respublikanın bəzi yerlərində havanın yağıntılı olma, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağma ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ
-
Magazin111:53
“Mənə intim təkliflər edib, əmr verirlər” - Faiq Ağayev
-
Magazin111:28
“50 yaşında kişiyə ərə getmək istəyərəm” - VİDEO