Qırmızı.az
Azərbaycanda qadın özünü su quyusuna ataraq öldürdü
Bu gün səhər saatlarında Lənkəran rayonunda ölüm faktı qeydə
alınıb. İlkin ehtimala görə, 47 yaşlı qadın özünü həyətdəki su
quyusuna ataraq intihar etib.
Milli.Az CTV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Gərmətük qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva özünü həyətdəki su quyusuna atıb.
Mərhum 6 metr dərinliyi olan su quyusuna başı üstə düşdüyündən
boğularaq dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə Göyçək
Səfərova ruhi xəstə olub. Qohumlarına dəfələrlə özünə qəsd
edəcəyini deyirmiş. Evdə heç kim olmadığından mərhum qonşuluqda
yaşayan qardaşının yoldaşına tapşırılıb. Lakin onun da diqqətindən
yayınaraq intihar edib.
Cəsəd ilk olaraq qohumu tərəfindən aşkarlanıb və qonşuların
köməkliyi ilə su quyusundan çıxarılıb. Əraziyə Təcili və
Təxirəsalınmaz Tibbi yardım stansiyasının əməkdaşları və
hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Əraziyə baxış keçirildikdən sonra cəsəd müayinə olunmaq üçün
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Birliyinin Lənkəran rayon şöbəsinin əməkdaşlarına təhfil
verilib.
İntiharın dəqiq səbəbləri isə ekspertizanın verəcəyi rəydən sonra
məlum olacaq.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO