Azərbaycanda hava şəraiti yenidən pisləşəcək: Temperatur bir qədər enəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda hava şəraiti yenidən pisləşəcək: Temperatur bir qədər enəcək

Azərbaycanda sabah havanın temperaturu bir qədər enəcək, küləyin sürəti bəzi ərazilərdə arabir güclənəcək.

Azərbaycanda sabah havanın temperaturu bir qədər enəcək, küləyin sürəti bəzi ərazilərdə arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, fevralın 16-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Yarımadanın bəzi yerlərində az yağıntı olacağı ehtimal edilir. Mülayim şimal küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 16-da hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm