Məhkum alt paltarında narkotik vasitə gizlədirmiş
Bizi izləyin

Qırmızı.az

Məhkum alt paltarında narkotik vasitə gizlədirmiş

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1992-ci il təvəllüdlü, AR CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Tuncay Vidadi oğlunun üzərinə baxış keçirilib.

Baxış zamanı məhkumun alt paltarında gizlədimiş sellofan bükülüdə çətənə bitkisindən kustar üsulla hazırlanmış xalis çəkisi 6,30 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm