Qırmızı.az
TQDK sədri: "17 min şagirdin aqibəti məlum deyil" (YENİLƏNİB)
“Biz bir nəslin ali və orta məktəblərə qəbul nəticələrini araşdırırıq. Statistika Komitəsinin Məlumatına görə, 2003-cü ildə 137052, Təhsil Nazirliyinin nəticələrinə əsasən 147 min uşaq birinci sinfə qəbul olub. 2012-ci ildə 130 min şagird doqquzuncu sinfi bitirib. Arada 17 min şagirdin aqibəti bizə məlum deyil”.
Publika.az-ın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buraxılış imtahanlarına sənəd verənlərin 7721 nəfəri imtahana gəlməyib.
“2014-cü ildə 111861 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 62%-i hər iki fəndən qiymət alıb. Bu, pis nəticə deyil, lakin bu, test proqramını əhatə etmir. Çətin mövzuları buraxılış imtahanlarına daxil etmirik. Bundan başqa, həmin şagirdlərin 85458 nəfəri 11-ci sinifdə imtahan verib. 9-11-ci sinif buraxılış imtahanlarında iştirak edən şagirdlər arasında 10-15% fərq olur. Həmin şagirdlərin 26436 nəfəri haqqında məlumat yoxdur. Onlar 9-cu sinifdə imtahan versə də, 11-ci sinfə gəlib çatmayıb. 2012-ci ildə məktəbi atanların 74%-i kənd məktəbləri, 26%-i şəhər məktəblərinin şagirdləridir. Onlar əsasən, 2-3 qiymət alanlardır”.
M.Abbaszadə bildirib ki, 1995-ci ildən bu günə kimi qızların ölkə üzrə bilik səviyyəsi dəyərləndirilib. Ümumi ölkə üzrə qızların da ali məktəblərə qəbul sayı oğlanlarla eynidir, amma müxtəlif regionlarda bu rəqəmlər fərqlənir.
O vurğulayıb ki, ali məktəbələrə qəbul imtahanlarında cənub bölgəsindən olan qızların sayı azlıq təşkil edib.
“Bu nəticəni buraxılış imtahanlarında da müşahidə edirik. 9-cu sinifdə qızların sayı kifayət qədər olsa da, 11-ci sinifdə onların sayı azalır. Bu məsələni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası ilə birlikdə mart ayında müzakirə edəcəyik. Hesab edirəm ki, buna diqqətli yanaşmalıyıq”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri 2014-cü ildə ali
məktəblərə qəbul planında boş qalan yerlərin statistikasını
açıqlayıb. O bildirib ki, Azərbaycan Aqrar Universuteti yeganə ali
təhsil müəssəsidir ki, burada 30% yer boş qalıb. Hətta bu
universitetdə dövlət sifarişli yerlər də boş qalıb”.
M.Abbaszadə bildirib ki, bu il İT sahəsində aparılan araşıdırma
nəticəsində məlum olub ki, əvvəlki illərlə müqayisədə bu ixtisasa
tələbat artıb. Əmək bazarında da bu ixtisaslara ehtiyac
var”.
TQDK rəsmisi həmçinin kənd təsərrüfatı sahəsində mütəxəssislərə
ehtiyac olduğunu vurğulayıb:
“Gənclər bu sahəyə getmirlər. Lakin 5 ildən sonra bu mütəxəssisləri
biz xaricdən gətirməli olacağıq. Eyni zamanda, ölkə rəhbəri bu ili
“kənd təsərrüfatı” ili elan edib. Buna görə də bu sahədə bizim daha
çox kadrlarımız olmalıdır. Özəl ali məktəblərdə də boş yer qalıb.
Bura ödənişli əsaslarla qəbul olunanlar isə ödənişsiz təhsil almaq
üçün orta ixtisas müəssisələrinə üz tururlar. Düşünürəm ki, özəl
ali məktəblər sistemlərində dəyişiklik etməlidirlər”.
M.Abbaszadənin sözlərinə görə, qabiliyyət tələb edən
ixtisaslarda da bu il boş yerlər olub:
“Bu halı normal hesab etmək olar, çünki istedadlıların sayı azdır.
Bəzən görürük ki, bu ixtisaslara qabiliyyəti olmayanlar da müraciət
edir. Onlar sözügedən ixtisaslarda bal az olduğu üçün müraciət
edirlər. Amma bu faktdansa, qabiliyyət tələb edən ixtisasların boş
qalmağı yaxşıdır”.
Gülxar
-
Sosial01:21
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR