Polislərlə əlbəyaxa olan qadının görüntüsü yayıldı -FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Polislərlə əlbəyaxa olan qadının görüntüsü yayıldı -FOTO/VİDEO (YENİLƏNİB)

Bakıda sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb.

Report-un məlumatına görə, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan KIA markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm