Qırmızı.az
Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi keçirilir
Azərbaycanda bu gün ali məktəblərin magistratura səviyyəsinə
qəbul imtahanının birinci mərhələsi keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata
görə, imtahanda bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun)
inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq tipli
5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) və xarici dil
üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı təqdim
olunacaq.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal
tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin
bakalavrlar 2015-ci il aprelin 1-dən 10-dək olan müddətdə elektron
ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun
qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisaslaşma seçimi
cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2015-ci il
tarixli 3-cü sayında veriləcəkdir).
İmtahanın ikinci mərhələsi 26 aprel 2015-ci il tarixində
keçiriləcəkdir. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri
seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test tapşırığı
təqdim olunmaqla yoxlanılacaq.
Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test
tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər (“Magistr”
jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc
olunanda bu barədə məlumat veriləcək).
Yazı işləri 50 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan
suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2
saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt
ayrılır.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində
keçirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR