Qırmızı.az
Seysmoloji aktivlik nədən xəbər verir?
Bu gün ərzində ard-arda 3 zəlzələnin baş verməsi qorxulu hesab edilmir. Bu cür təkanlar gün ərzində dəfələrlə baş verir.
Bunu Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O, ölkənin bəzi ərazilərində seysmoloji aktivliyin artmasının normal olduğunu deyib:
“Bunlar qorxulu təkanlar deyil. Gün ərzində maqnitudası 3 baldan aşağı 10-15 təkan qeydə alınır. Bunlardan bir neçəsi hiss edilməlidir. Ötən il də Qəbələ, Zaqatalada maqnitudası 5 baldan çox olan zəlzələ olmuşdu. Kiçik Qafqaz Böyük Qafqaza doğru hərəkət edir. Buna görə də xırda təkanlar olmalıdır. Bu gün baş verən təkanlar ümumi prosesin tərkib hissəsidir. Bu cür xırda təkanlar hər zaman müşahidə edilə bilər, lakin yaxın günlərdə dağıdıcı zəlzələlər gözlənilmir”.
Qeyd edək ki, bu gün səhər saatların Qəbələ ərazisində 3.3 bal, Xəzər dənizində 3.8 bal gücündə zəlzələ olub. Üçüncü zəlzələ Şəmkir rayonu ərazisində 4 bal gücündə olub.
Gülxar
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO