Qırmızı.az
Lamiyə: “Feysbuka da daxil olmuşam”
“Azadlığa çıxdığım gündən baş qarışıqdır. Evə göz aydınlığına o qədər gələn var ki, bir dəqiqə vaxt edə bilmirəm. Dünən də mənə nənəmgil qonaqlıq verdi. Atam tərəfdən də qohumlar gəlmişdi. Bilirsiniz ki, mənim toyum olmayıb, əlimə xına qoyulmayıb. Ona görə dünən toya bərabər bir şadyanalıq təşkil eləmişdilər”.
Bu sözləri Axar.az-a ekslüziv açıqlamasında həbsdə ana olduqdan
sonra azadlığa çıxan Lamiyə Quliyeva deyib. Onun sözlərinə görə, 12
ildən sonra ilk dəfə alış-verişə çıxıb:
“Şəmkirdə hamı məni xoş qarşıladı. Özümə və övladıma geyim-keçim
aldım, hətta endirim də etdilər. Özümə telefon nömrəsi alanda heç
pulunu götürmədilər. Azadlıq gözəl hissdir. Səhər yuxudan 11-də
oyanmaq, təmiz havada gəzmək… - bu hisslər çox gözəldir. Artıq
Feysbuka da daxil olmuşam. Ancaq o qədər qonaq gələn var ki, nələr
yazırlar, xəbərim yoxdur. Mənim işimi daim diqqətdə saxladığınız
üçün sizə də təşəkkür edirəm”.
L.Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin ailəsindən heç kimin
gözaydınlığa gəlmədiyini söyləyib:
“Bizim o hadisələrdən sonra əlaqəmiz kəsildi. Mən Vüqara da azadlıq arzulayıram, Allah qapısını açsın”.
Müsahibimiz Bakıya köçmək planı olduğunu, lakin hələ iş tapmadığını qeyd edib. Onun sözlərinə görə, ATV telekanalında verilişə dəvət olunub:
“Orada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindn nümayəndələr olacaq. İradə İsaq mənim sosial vəziyyətim, iş tapmaq məsələm barədə onlara məlumat verəcək. Çox istərdim ki, işim olsun”.
Qeyd edək ki, Lamiyə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslanı namusuna toxunduğu üçün öldürdüyünü deyib. 2003-cü ildə 10 il həbs cəzası alıb, 2010-cu ildə məhkumluq qaydalarını pozması iddiası ilə cəzası 5,5 il artırılıb. Məhbəsdə ana olması ilə gündəmə gələn L.Quliyevanın barəsində xəbəri ilk dəfə Axar.az yazıb.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO