TQDK yeni qiymətləndirmə sistemi hazırlayıb
Bizi izləyin

Qırmızı.az

TQDK yeni qiymətləndirmə sistemi hazırlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası monitorinq imtahanlarında yazı işlərinin qiymətləndirilməsi üçün kurikulumun tələblərinə uyğun yeni qiymətləndirmə meyarları, bütövlükdə qiymətləndirmə prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işləyib hazırlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, V-XI sinif şagirdləri arasında aparılmış monitorinq imtahanlarında şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsi zamanı bəzi çətinliklər yaranır. Bu çətinliklər qiymətləndirmə prosesinə və onun nəticəsinə subyektiv amillərin təsir edir. İndiyədək orta məktəblərdə yazı işlərini (o cümlədən inşaları) qiymətləndirmək üçün istifadə olunan meyarlar qiymətləndirməni aparan müəllimin öz fərdi yanaşmalarını ifadə edir. Bu isə şagird nailiyyətlərinin kütləvi qiymətləndirilməsi zamanı məqbul sayıla bilməz. Digər tərəfdən, bu vəziyyət qiymətləndirmədə obyektivlik meyarına əməl edilməsinə imkan vermir.

Yeni qiymətləndirmə sistemi təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumatların əldə olunması, qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması, təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə funksiyasını yerinə yetirməsi,qiymətləndirmədə yeni yanaşma olan məntiqi təfəkkür vərdişlərinin yoxlanılması və onun inkişafının stimullaşdırılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm