TQDK: “Şagirdlərin sərbəst mühakimə yürütmək bacarığı aşağıdır”
Bizi izləyin

Qırmızı.az

TQDK: “Şagirdlərin sərbəst mühakimə yürütmək bacarığı aşağıdır”

İnşalar üzrə nəticə Azərbaycan dili fənni üzrə nəticənin korelyasiyası zəifdir. Bu da şagirdlərdə öz fikrini ifadə etmək, sərbəst mühakimə yürütmək, müəyyən hadisə və proseslərə münasibətini bildirmək bacarıqlarının aşağı səviyyədə olduğunu göstərir.

Publika.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013-2014-cü illər monitorinq imtahanları ilə bağlı araşdırmalarının nəticələri barədə hesabatda qeyd olunur.

Hesabatda həmçinin şagirdlərin ayrı-ayrı fənlər üzrə nəticələri də əks olunub. 2013-cü ildə Azərbaycan dili fənnindən 5-ci sinifdə 1.2.4. (Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir) alt standartının mənimsənilməsi Bakı, Sumqayıt və Abşeron rayonları üzrə sadə tapşırıqlar üzrə 58,54%, orta tapşırıqlar üzrə 27,06%, çətin tapşırıqlar üzrə 11,48% olub. Zona 2-də isə sadə tapşırıqlar üzrə 45,08%, orta tapşırıqlar üzrə 17,93%, çətin tapşırıqlar üzrə 6,49% olub. Bütün alt standartlar üçün alınan nəticələrdə region şagirdlərinin nəticəsi hiss olunacaq dərəcədə aşağıdır.

TQDK-nın hesabatında hər bir alt standart üzrə 2013 və 2014-cü illərdə alınmış nəticələr, “FƏRQ” bölməsində 2014-cü ildəki nəticələrlə 2013- cü ildəki nəticələrin fərqi (dinamika göstəriciləri) verilib. Məsələn, Azərbaycan dili fənnindən 1.2.2. alt standartının (Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.) kitabçalarda 4-cü tapşırıq üzrə nəticələri 2013- cü ildə variant 6-da 9,82%, variant 12-də 2,73%, 2014-cü il 5-ci sinifdə variant 6-da 12,45%, variant 12-də 3,57%, 2014-cü il 6-cı sinifdə isə variant 6-da 10,64%, variant 12-də 7,63% olmuşdur. Həmin alt standart üzrə dinamika göstəriciləri 5-ci sinif 6-cı variant üçün 2,63%, 6-cı sinif 6-cı variant üçün 0,82%, 5-ci sinif 12-ci variant üçün 0,84%, 6-cı sinif 12-ci variant üçün 4,90% olub. Həm Azərbaycan dilinə, həm də digər fənlərə aid dinamikasından görünür ki, şagirdlərin müəyyən alt standartlar üzrə nəticələrində inkişaf olmayıb, bəzən isə hətta geriləmə olub. Belə halların əsas səbəblərindən biri biliklərin öyrənilməsində onların, vərdişə, bacarığa çevrilməsinə deyil, əzbərçiliyə üstünlük verilməsidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm