Qırmızı.az
"Qaynarinfo"da nə baş verir?
Son günlər ölkənin köklü xəbər portallarından biri olan Qaynar.info-nun bir çox əməkdaşlarının işdən ayrılması ilə bağlı xəbərlər yayılır.
Portalda baş verən "yarpaq tökümü"nün səbəbləri ilə bağlı danışan baş redaktor Şəmşad Ağa bildirib ki, bəzi işçilərin portaldan ayrılması xəbərləri doğrudur. "Qaynar.info müstəqil, heç bir maliyyə mənbəyindən asılı olmayan portaldır. Büdcəmizi əsasən reklamlardan formalaşdırırıq. İlin əvvəli olduğu üçün reklam gəlirlərimizdə azalma müşahidə olunur. Ona görə də bəzi ixtisarlar aparmaq zorunda qaldıq. Kollektivin bir hissəsi ilə dost şəklində yollarımızı ayırdıq. Sağ olsunlar, həmkar saytlar xahişlərimizi nəzərə alıb, bəzi işçilərimizi yerbəyer etdilər. Nəticədə heç kim işsiz qalmadı. Amma sayt mobil kollektivlə işini davam etdirir".
Qeyd edək ki, Qaynar.info Azərbaycanın ən uzunömürlü xəbər portallarından biridir. Aprel ayının 25-də saytın 7 yaşı tamam olur (Musavat).
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu