Qırmızı.az
Naxçıvana yeni beynəlxalq avtobus marşrutları açılıb
Türkiyə Respublikasının “Metro Turizm Səyahət Təşkilatı və TİC A.Ş.” nəqliyyat və İran İslam Respublikasının “Həmsəfəri Tondrou” şirkətləri ilə əldə olunmuş razılığa əsasən Naxçıvan Muxtar Respublikasına yeni beynəlxalq avtobus marşrutları açılıb.
AZƏRTAC xəbər verir ki, “Metro Turizm Səyahət Təşkilatı və TİC
A.Ş.” nəqliyyat şirkətinə aid Culfa-İstanbul marşrutu üzrə hərəkət
edən ilk avtobus martın 11-də Naxçıvan Muxtar Respublikasından yola
salınıb.
Marşrut muxtar respublika ərazisində Şərur, Naxçıvan, Culfa Türkiyə
Respublikası ərazisində isə Ankara, İstanbul, İzmir və Ərzurum
xətti üzrə hərəkət edəcək. Müntəzəm olaraq fəaliyyət göstərəcək bu
marşrut üzrə yüksək texniki göstəricilərə malik, uzaq məsafələrə
sərnişin daşınması üçün nəzərdə tutulmuş “Temsa”, “Travego”,
“Safir” və “Setra” markalı avtobuslar işləyəcək.
İran İslam Respublikasının “Həmsəfəri Tondrou” şirkətinə aid
avtobuslar isə Naxçıvan–Urmiya-Naxçıvan istiqamətində fəaliyyətə
başlayacaq.
Qeyd edək ki, Türkiyə Respublikasının “İğdırlı Turizm” nəqliyyat
şirkəti və İran İslam Respublikasının “Didari Seyri Gitti” şirkəti
də Naxçıvan Muxtar Respublikasından adıçəkilən ölkələrə avtobus
reysləri həyata keçirir. Hazırda qardaş ölkənin İstanbul və digər
böyük şəhərlərinə, həmçinin Naxçıvan-Təbriz-Tehran və əks
istiqamətdə sərnişinlərə ictimai nəqliyyat xidməti
göstərilməkdədir.
AZƏRTAC
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı