Fərdi ovçuluq təsərrüfatlarının təşkili lisenziyalaşdırıldı - FƏRMAN
Bizi izləyin

Qırmızı.az

Fərdi ovçuluq təsərrüfatlarının təşkili lisenziyalaşdırıldı - FƏRMAN

“Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla fərdi ovçuluq təsərrüfatlarının təşkili üçün ödənilən dövlət rüsumunun məbləği 1100 manat müəyyən edilib. Bu sahədə lisenziyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi verəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:


- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- fərdi ovçuluq təsərrüfatlarının təşkilinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtləri iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm