Qırmızı.az
Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac
Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb.
Bayram günlərində Azərbaycan vətəndaşlarının xarici ölkələrə üz tutması artıq adət halını alıb. Xüsusilə də Qərb bölgəsinin sakinlərinin yaxın olduğu üçün qonşu Gürcüstana üz tutması sərhəd-keçid məntəqəsində sıxlığın yaranmasına səbəb olur.
Kəpəz TV xəbər verir ki, bayram günləri Gürcüstanla sərhəddə avtomobillərin ucu-bucağı görünməyən tıxacı yaranıb. Qonşu ölkəyə keçmək üçün saatlarla, hətta günlərlə gözləyənlər var. Sərhəd buraxılış məntəqəsində daha çox iritonnajlı yük maşınları, Gürcüstana, Türkiyəyə hərəkət edən avtomobillər diqqət çəkir. Öz şəxsi avtomobilləri ilə sərhədi keçməyə çalışan sürücülər də az deyil. Onlar uzunluğu 1 km-dən də çox olan tıxacda 6-7 saat gözləmək məcburiyyətində qalırlar.
Qazaxın 2-ci Şıxlı kəndi boyunca irəlilədikcə rahat şəkildə görünən tıxacın səbəbini "Sınıq Körpü" sərhəd buraxılış məntəqəsindən gediş-gəlişin çoxluğu ilə əlaqələndiriblər.
Yağışlı havada gözləməyin çətin olduğunu deyən sürücülər iritonnajlı avtomobillərin minik maşınları ilə birgə nəzarətdən keçməsinin tıxaca səbəb olduğunu bildirirlər.
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ