TQDK olimpiada qaliblərinə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK olimpiada qaliblərinə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə müraciət edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər sənədləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər:

Abituriyentlər ümumi qaydada təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti (diplom, yarışın protokolu) I, II, III və IV qruplar üzrə aprelin 1-dən 30-dək, V qrup isə mayın 5-dən 18-dək təqdim edə bilərlər.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər müvafiq qaydada seçmə turdan keçərək QİK-də qeydiyyata alınmalıdırlar.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 119 nömrəli qərarında göstərilmiş siyahıya uyğun olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm