Qırmızı.az
Azərbaycanda bəzi növ avtomobillərin idxalı şərtləri sərtləşdirilir
Azərbaycana Avro-4 ekoloji standartına uyğun olmayan avtomobil gətirən şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
Onun sözlərinə əsasən, bəzi şəxslər belə avtomobilləri Azərbaycana gətirir və onların qanunsuz satışı ilə məşğul olurlar: "Bu avtomobillərdən bəziləri hətta digər öləkələrdə qeydiyyatdan çıxarılmayıb. Bu şəxslərə qarşı müvafiq tədbirlər görülür".
DGK sədri qeyd edib ki, Azərbaycana bu avtomobillərin ehtiyat hissələrinin idxalının qarşısının alınması üzrə də addımlar atılır: "Bu avtomobillər üçün ehtiyat hissələri gətirən şəxslərə qarşı da müvafiq tədbirlər görülür".
O əlavə edib ki, bu ilin ilk iki ayında Azərbaycana nəqliyyat vasitələrinin idxalı azalıb.
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA