Qırmızı.az
Nazir Əli Abbasov Argentinanın ölkəmizdəki səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivailə görüşüb.
Bu barədə Publika.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan nazir bir çox istiqamətlərdə, o cümlədən İKT sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb.
Azərbaycanın İKT sahəsində atdığı addımları yaxından izlədiyini deyən səfir KarlosDanteRivaölkəsinin bu sektorda, xüsusən də kosmik sənaye və telekommunikasiya istiqamətləri üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayaraq, artıq Argentinanın kosmik texnologiyalar üzrə ixtisaslaşan “İNVAP” şirkətinin qarşı tərəfə - “Azərkosmos” ASC-yətəkliflər göndərdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında uğurlu, çoxşaxəli münasibətlərin inkişafında kosmik sənayenin də yer tutacağına ümidvar olduğunu deyən diplomat əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin vacibliyini önə çəkərək, “Bakutel-2014” sərgi-konfransında iştirak edəcək Argentina şirkətlərinin seçim prosesinin aparıldığını bildirib.
Öz növbəsində nazir mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri