Qırmızı.az
Prezident İlham Əliyev və xanımı Bakı Su İdmanı Sarayının açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən
lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı
Sarayında yaradılan şəraitlə tanış oldular.
Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, bu sahədə
yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədilə
Prezident İlham Əliyev 2012-ci il avqustun 30-da Bakıda müasir
standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında
Sərəncam imzalayıb. 2013-cü il aprelin 19-da isə dövlətimizin
başçısının iştirakı ilə bu möhtəşəm idman sarayının təməli
qoyulub.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat
verdi.
Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə
inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl
qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və
ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq
Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.
Sonra Prezident İlham Əliyevə Bakı Su İdmanı Sarayının interyerində
həyata keçirilən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat
materiallarından istifadə olunub. Sarayda inşaat işlərinin gedişi
ilə bir neçə dəfə tanış olan, tikintinin keyfiyyətlə aparılmasını
diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırıq və
tövsiyələrinə müvafiq olaraq, bu nəhəng idman qurğusunun
arxitekturası müasir üslubu və gözəlliyi ilə seçilir, şəhərimizdə
həyata keçirilən quruculuq işlərinə bir töhfədir.
Su İdmanı Sarayında üç hovuz yaradılıb.
Dövlətimizin başçısı yarışların keçiriləcəyi əsas hovuza baxdı.
Uzunluğu 50, eni 25, dərinliyi isə 2,5 metr olan hovuz su idmanının
müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün
nəzərdə tutulub.
Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25
metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli
suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq
Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha
Pools” şirkəti tərəfindən yaradılıb.
Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı
izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP
və media bölmələri inşa olunub.
Diqqətə çatdırıldı ki, binanın dam örtüyünün bir hissəsində “SKY
LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə
panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə
çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik
enerjisi sarayın bəzi sahələrinin enerji təminatına
yönəldiləcək.
İlk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı Təşkilat
Komitəsi fəal iş aparır. Komitə tərəfindən təşkilati işlər yüksək
səviyyədə həyata keçirilir. İlk Avropa Oyunlarına hazırlıqla bağlı
işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək
keyfiyyətlə aparılması Təşkilat Komitəsinin sədri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
Avropa Oyunlarının Əlaqələndirmə Komissiyasının müxtəlif vaxtlarda
keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə
aparılmasında xüsusi önəm daşıyır.
İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük
əhəmiyyət verilir. Bununla bağlı Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra paytaxt
şəhərlərində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyəti
xüsusi qeyd olunmalıdır.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Su İdmanı
Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış
oldular.
Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və
Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq
funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün
xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes -
akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının
ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun
uzunluğu 51, eni 20 metrdir.
Bakı Su İdmanı Sarayında yaradılan şərait təsdiqləyir ki, dünyada
idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət
siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür
infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk
Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Su İdmanı
Sarayının inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin
yüksək səviyyədə baş tutacağına əminlik yaradır.
Qeyd edək ki, 2015-ci ildə Odlar Yurdu Azərbaycandan start
götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında
qəbul olunub. Ölkəmizin namizədliyi 38 dövlət tərəfindən
dəstəklənib. Bu Oyunların Bakıda keçirilməsinə qərar verilməsi
təbii ki, Azərbaycanın beynəlxalq nüfuzundan, dünyada
formalaşdırdığı müsbət imicdən qaynaqlanır. Birinci Avropa
Oyunlarına az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər
tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata
keçirilir.
Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan
Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev
sahibliyi etməsi təbii ki, həm də son illərdə ölkəmizin idman
sahəsində qazandığı uğurların nəticəsidir. Təsadüfi deyil ki, 22
illik müstəqilliyi dövründə Azərbaycan atletləri olimpiadalarda 26,
Avropa və dünya çempionatlarında isə 2 minədək medal
qazanıblar.
Bu il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında isə
49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə
aparacaq.
AZƏRTAC
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR