Qırmızı.az
Bakı 2015-də qonaqlara xidmət edəcək tibb müəssisələrinin ADLARI
Birinci Avropa Oyunları zamanı ölkəmizdəki tibb müəssisələrinin hər biri gərgin iş rejimində fəaliyyət göstərməyə hazır olmalıdır.
Publika.az-ın məlumatına görə, bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev Birinci Avropa Oyunları ilə əlaqədar keçirdiyi kollegiya iclasında deyib.
Nazir qeyd edib ki, regionlarda tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir:
“Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib. Ona görə də bütün səhiyyə müəssisələrinin rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir”.
Daha sonra bildirilib ki, Birinci Avropa Oyunları ilə əlaqədar olaraq Təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilkin tibbi yardım üzrə təlimlərə cəlb olunub. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib. Müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb. İdmançılar və qonaqlar üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb.
Gülxar
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO