Gül bayramı neçə gün davam edəcək?
Bizi izləyin

Qırmızı.az

Gül bayramı neçə gün davam edəcək?

Bu il Gül Bayramında kompozisiyalarda bəzi dəyişikliklər olacaq. Bu dəyişikliklərə görə, ölkəyə gətirilən güllərin sayında da artım olacaq.

Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova deyib.

O, bayramla əlaqədar ölkəyə nə qədər gül gətiriləcəyi barədə konkret rəqəm deməsə də, bu il kompozisiyaların əvvəlki illərdən fərqli olacağını bildirib:

“Bayrama gələnlərin hər il fərqli kompozisiyalara baxması üçün iş aparırıq. Bu il kompozisiyalarda Birinci Avropa Oyunları nəzərə alınacaq. Artıq hazırlıq işlərinə başlanılıb. Hər il olduğu kimi bu il də prezident İlham Əliyev tərəfindən açılış olduqdan sonra insanlar kompozisiyalara baxa biləcək”.

Tədbirin neçə gün davam etməsinə gəlincə, N.Məmmədova bunun hava şəraitində asılı olduğunu deyib:

“Hava çox küləkli və çox isti olmazsa, təxminən bir həftə bayram davam edəcək. Lakin hava şəraiti uyğun olmazsa, güllər təravətini itirərsə, tədbir daha tez başa çatacaq.

Qeyd edək ki, hər il Gül bayramı ilə əlaqədar Heydər Əliyev adına Sarayın qarşısı və Füzuli parkı müxtəlif kompozisiyalarla bəzədilir. Ötən il bu tədbir üçün dünyanın müxtəlif ölkələrindən 6 milyon gül gətirilmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm