“Mən Yaradıram!” layihəsinin icrasına başlandı
Bizi izləyin

Qırmızı.az

“Mən Yaradıram!” layihəsinin icrasına başlandı

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən IV qrant müsaviqəsi çərçivəsində “Mən Yaradıram!” ( yaradıcılıq sərgisi) layihəsinin icrasına başlanıb. Bu barədə layihənin rəhbəri Tərlan Səfərovun Publika.Az- a verdiyi məlumata görə layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin bacarıqlarını ictimaiyyətə təqdim etmək və cəmiyyətin onlara diqqətini artırmaqdır.

“Heydər Əliyev Fondunun, xüsusən Fondun rəhbəri Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyeva tərəfindən paytaxtımızda və bölgələrimizdə olan kimsəsiz uşaq və yeniyetmələrin məskunlaşdığı Uşaq evləri və İnternat məktəblərində yaradılmış yüksək şərait onlara öz bacarıqlarını göstərməyə imkan vermişdir. Bunun nəticəsində onların çəkdikləri rəsmlər, hazırladıqları əl işləri ortaya çıxmışdır. Həmin əsərlərin hər biri saf düşüncənin məhsulu kimi maraqlı və gözəldir. Bu məqsədlədə “Mən Yaradıram!” layihəsi çərçivəsində Uşaq evleri və İnternat məktəblərin də yaşayan və təhsil alan 14-18 yaş həddində olan gənclərin bacarıqlarını aşkarlamaq və onların əl işlərinin sərgi-satışını təşkil etməkdir. Layihənin icrası Bakı şəhərlərində yerləşən Uşaq evleri və İnternat məktəblərini əhatə etməklə 25.02.2014 – 25.04.2014 tarixlərində həyata keçiriləcək.

Layihə müddətində Bakı şəhərində fəaliyyət göstərən Uşaq evində və İnternat məktəblərində görüşlər keçiriləcək, bu müəsissələrdə yaşayan və təhsil alan gənclərin müxtəlif əl işləri aşkarlanacaq və qeydiyyata alınaraq sərgilənmək üçün hazırlanacaq, sərgidən əvvəl qiymətləndirilməklə, sonda müəllifin öz iştirakı ilə sərgiyə çıxarılacaq. Satış-sərgidən toplanmış vəsaiti əl işlərinin müəlliflərinə təqdim etməklə, biz onların həyatında müəyyən problemlərinin həll olunmasına kömək edə biləcəyimizi düşünürük” – deyə, T.Səfərov bildirib.

Ətraflı məlumat üçün [email protected] elektron ünvanına yaza bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm