ABŞ
Trampın "Panama savaşı" ALOVLANIR: "Bunu sonra görəcəyik"
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalı uğrunda mübarizə aparacağına eyham vurub.
Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Tramp Panama prezidenti Xose Raul Mulinonun gəmiçilik kanalının hər kvadratmetrinin yalnız Panamaya aid olması barədə bəyanatını şərh edərkən, "Bunu sonra görəcəyik" deyib.
Tramp Panama kanalının üzərində ABŞ bayrağının dalğalandığı fotonu da yayımlayıb.
"Birləşmiş Ştatlar Kanalına xoş gəlmisiniz", - paylaşıçmda qeyd edib.
Bir gün əvvəl Tramp Panama kanalının yenidən ABŞ-ın mülkiyyətinə keçə biləcəyini demişd . Siyasətçinin sözlərinə görə, Panama tərəfindən kanaldan keçid üçün alınan rüsum, xüsusən də ABŞ-ın göstərdiyi səxavət nəzərə alınmaqla, “sadəcə gülüncdür”. Tramp həmçinin kanalın transferi müqaviləsinin şərtlərinə zidd olsa da, Çinin Panama kanalından istifadəni davam etdirməsindən narazılığını bildirib.
Hüseyn İbadlı
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 21 Oktyabr 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?


































