İdman
"Real"dan əfsanəyə möhtəşəm jest: Rəqib meydanında belə şey olmamışdı - FOTO
İspaniya millisi ilə dünya və ikiqat Avropa çempionu olan Xesus Navas peşəkar futbolçu karyerasını başa vurub.
Publika.az xəbər verir ki, “Sevilya”nın 39 yaşlı əfsanəsi karyerasındakı son matçına çıxıb. Bu, La Liqanın 18-ci turunun “Real”la səfər matçına (2:4) təsadüf edib. O, 65-ci dəqiqədə əvəzetmədən meydana çıxıb.

Oyundan əvvəl hər iki komandanın futbolçuları Navas üçün vida dəhlizi açıblar. “Real”ın yarımmüdafiəçisi Luka Modriç ona Madrid komandasının futbolçularının imzası olan forma hədiyyə edib.

Navas oyundan sonra vida mərasimi barədə danışıb: “Həyatımda rəqib meydanında belə şey görməmişəm. Bu, dəlilikdir. Son bir neçə dəqiqədə heç nə görmədim - yaşadığım bütün anları, “Sevilya” və milli komandaya verdiyim sevinci xatırlayaraq yerə baxdım. Düşünürəm ki, bu qədər insanı xoşbəxt etmək unikal bir şeydir. Sonda çoxlu xatirələr və sevinc qaldı. Əldə etdiyim hər şeylə tək qaldım...”
Qeyd edək ki, Xesus Navas karyerasını mövsümün sonunda başa vurmalı idi. Lakin ombasından aldığı ciddi zədə onu daha erkən addım atmağa məcbur edib.
Heybət

-
Dünya05:45Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi
-
Banklar 01:41Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU
-
Magazin125 Yanvar 22:36"Məzar yerimi və kəfənimi almışam" - VİDEO





































