Qırmızı.az
Təhsil Nazirliyinə müraciətlər 2 dəfə artıb
Aprel ayında Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə 7427 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox) və Kommutator xidmətinə 3300-ə yaxın zəng daxil olub.
Təhsil Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Vətəndaşların Qəbulu Mərkəzində isə 4279 vətəndaşa
xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə
daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub)
əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 524
vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil
Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların Qəbulu Mərkəzində 1267 sənəd (442 ərizə, 713 məktub,
112 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin
(diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə
qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi,
tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi,
müəllimlərin işə qəbulu ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (1664 zəng) və cümə axşamı (1637 zəng) günləri, əsasən, saat 10:30-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (962 müraciət) və çərşənbə axşamı (853 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO