TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradır
Bizi izləyin

Qırmızı.az

TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq.

Publika.az-ın məlumatına görə, komissiyaların yaradılmasında məqsəd ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin rahatlığını təmin etmək və onların vaxtlarına və vəsaitlərinə qənaət olunmasıdır.

Belə ki, TQDK-nın Respublikanın müxtəlif bölgələrində yerləşən regional bölmələrinin (Gəncə, Xaçmaz, Şəki, Lənkəran, Şirvan, Göyçay, Ağcabədi və Naxçıvan) əhatə etdiyi rayonların hər birində bir gün olmaqla səyyar SQK-lar fəaliyyət göstərəcək. Bunun nəticəsində ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları rayonda yaradılacaq səyyar SQK-da təsdiq elətdirə biləcəklər.

Səyyar SQK-ların iş qrafiki

Gəncə Regional Bölməsi

Rayonun adı

Tarix

Saat

Qeyd

1

Daşkəsən

05/05/2015

10:00-17:00

Daşkəsən şəhər 1№-li tam orta məktəb

2

Tovuz

06/05/2015

10:00-17:00

Tovuz RTŞ

3

Ağstafa

07/05/2015

10:00-17:00

Ağstafa şəhər 2№-li tam orta məktəb

4

Gədəbəy

08/05/2015

10:00-17:00

Gədəbəy şəhər 1№-li tam orta məktəb

5

Goranboy

12/05/2015

10:00-17:00

Göranboy RTŞ

6

Şəmkir

13/05/2015

10:00-17:00

Şəmkir RTŞ

7

Naftalan

14/05/2015

10:00-17:00

Naftalan şəhər 1№-li tam orta məktəb

8

Samux

18/05/2015

10:00-17:00

Samux RTŞ

9

Göygöl

18/05/2015

10:00-17:00

Göygöl Texniki və Təbiət Fənləri Təmayüllü Lisey

Qeyd: Qaçqın və məcburi köçkünlər məskunlaşdıqları rayonlarda təşkil olunmuş SQK-ya yaxınlaşa bilərlər.

Ağcabədi Regional Bölməsi

Rayonun adı

Tarix

Saat

Qeyd

1

Bərdə

08/05/15

10:00-17:00

Bərdə RTŞ

2

Ağdam

12/05/15

10:00-17:00

Ağdam Dövlət Sosial-İqtisadi Kolleci (Ağdam rayonu, Quzanlı qəsəbəsi)

3

Tərtər

14/05/15

10:00-17:00

Tərtər RTŞ

4

Zərdab

18/05/15

10:00-17:00

Zərdab RTŞ

5

Füzuli

13/05/15

10:00-17:00

Füzuli RTŞ

6

Beyləqan

15/05/15

10:00-17:00

Beyləqan RTŞ

Qeyd: Ağcabədi RB-nin kurasiyasında olan Laçın rayonu Ağcabədi rayonunun, Xocavənd rayonu isə Beyləqan rayonunun ərazisində yerləşir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm