Qırmızı.az
Xocalının "böyüməyən uşaqlar"ı – FOTO
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı baş tutdu. Kitabda “Xocalı soyqırımı”nda hər iki valideynini itirmiş 25 uşağın ağrılı həyat hekayəsi və soyqırım qurbanlarının şəkilləri yer alıb.
Axar.az xəbər
verir ki, təqdimatda qələm sahibləri ilə yanaşı, millət vəkilləri,
media nümayəndələri və oxucular iştirak ediblər. Tədbiri giriş sözü
ilə açan AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid hər kəsi
salamladıqdan sonra kitabda yer alan mətnlərin ağrı-acısından
danışıb.
Xalq yazıçısı Anar da belə bir əhəmiyyətli kitaba görə Elşad
Eyvazlıya təşəkkür edib. Xalq yazıçısı bu ağrılı “25-lər”in,
həqiqətən də böyüməyən uşaqlar olduğunu diqqətə çatdırıb. Bundan
başqa, o, kitabın müxtəlif dillərə tərcümə olunmasında əməyi keçən
hər kəsə təşəkkürünü bildirib, bunun siyasi arenada mühüm əhəmiyyət
daşıdığından söz açıb.
Daha sonra söz alan millət vəkili Fazil Mustafa Qarabağ və Xocalı
həqiqətləri haqda daha da möhtəşəm əsərlərin, filmlərin ərsəyə
gəlməsinin vacibliyini vurğulayıb. Həmçinin o, kitabın tamam yeni
üslubda hazırlanmasını da yüksək qiymətləndirib.
Türkiyədən gəlmiş qonaqların çıxışından sonra millət vəkili Jalə
Əliyeva əli qələm tutan hər kəsə səslənib, yazarları bu dəhşətlər
haqda dünya miqyaslı əsərlər yaratmağa çağırıb.
Sonda Elşad Eyvazlı tədbirə gələn hər kəsə
təşəkkür edib, kitabın daha geniş arenada yayılması üçün əlindən
gələni edəcəyini bildirib.
Qeyd edək ki, türk, ingilis və alman dilləri ilə yanaşı, dünyanın
bir sıra xarici dillərinə tərcümə olunan “Böyüməyən uşaqlar “
kitabı Nyu York kitab sərgisində təmsil olunacaq.
-
Magazin121:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO

































