Qırmızı.az
Azərbaycan ailəsində əkiz və üçəm "yarışı"
Bu ilin birinci rübü ərzində Azərbaycanda 38,4 min körpə dünyaya göz açıb.
Bu barədə Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumatda bildirilir.
2015-ci il aprelin 1-nə olan məlumata əsasən, əhalinin hər 1000 nəfər hesabı ilə bu göstərici 16,4-dir. Doğulan körpələrin 53,6 faizi oğlanlar, 46,4 faizini qızlar təşkil edib. Körpələrin 706-sı əkiz, 18-i üçəm doğulub.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 13,6 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4-dən 5,8-ə qədər azalıb.
Qeyd edək ki, əvvəllər Azərbaycanda əkiz, xüsusilə üçəm
uşaqların doğulması hallarına nadir hallarda təsadüf edilsə də, son
illərdə belə uşaqlı ailələrin sayı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2011-ci ildə 1506 əkiz, 33 üçəm, 2012-ci ildə 2176 əkiz, 39 üçəm, 2013-cü ildə 2270 əkiz, 42 üçəm, 2014-cü ildə 3148 əkiz, 60 üçəm doğulub. Ümumilikdə yalnız son 4 il ərzində Azərbaycanda 9100 əkiz, 174 üçəm dünyaya gəlib.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO