Qırmızı.az
Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətinin yeni üzvləri seçilib
Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətinin yeni üzvləri seçilib.
Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycanda Amerika
Ticarət Palatasının ("AmCham") İdarə Heyətinin ümumi seçkiləri
aylıq naharda keçirilib.
Aşağıdakı dörd namizəd yeni İdarə Heyətinə seçilmişdir:
* Teybə Quliyeva, "Societe Generale"nin nümayəndəliyinin
rəhbəri
* Mövlan Paşayev, PwC-nin Azərbaycanda idarəedici partnyoru
* Nuran Kərimov, "Deloitte"ın Azərbaycanda idarəedici partnyoru
* Vilbert Lonq, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə
vitse-prezidenti
İdarə Heyətinin yeni seçilmiş üzvləri "Ernst&Young" şirkətinin
Azərbaycanda idarəedici partnyoru İlqar Vəliyev, KPMG-nin
Azərbaycanda idarəedici partnyoru Vüqar Əliyev, "GoldenPay"in
təsisçisi və baş direktoru Fəridə İsmayılzadə,
"Baker&McKenzie-CIS Ltd."in partnyoru Gündüz Kərimov,
"Azerfon"un ("Nar Mobile")" baş direktoru Kent MakKenli və
"Chevron" şirkətinin Azərbaycan üzrə baş direktoru Erik Volkerdən
ibarət olan heyətə qoşulur.
Yenidən seçilmiş bütün üzvləri təbrik edirik və yeni üzv olan
Vilbert Lonqu salamlayırıq!
Vilbert Lonq 2007-ci ildə BP-də təchizat zəncirinin idarə edilməsi
sistemində intizam rəhbəri vəzifəsində çalışmağa başlayib. Bundan
sonra, o, Meksika körfəzində satınalma üzrə baş mütəxəssis (SÜM)
mövqeyını tutub. 2012-ci ilin dekabrın 1-də Vilbert BP-də
Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə SÜM/vitse-prezident
vəzifəsinə təyin edilib. BP-dən öncə, Vilbert Lonq "Alcoa" (qlobal
biznes xidmətləri) şirkətində Qlobal alışlar üzrə şöbəyə rəhbərlik
edirdi. Satınalmanın təşkili çərçivəsində strateji funksiyaların
hazırlanması və həyata keçirilməsi onun öhdəliklərindən biri idi.
"Alcoa"dan öncə, Vilbert "Signal/Honeywell"də (aerokosmik hərəkat)
əməliyyat şöbəsinin direktoru və hava təchizatı şöbəsinin baş
direktoru vəzifələrini tutub. O, öz karyerasını avtomobil
sənayesində, "General Motors/Saturn" başlayıb. Burada o, satış
zəncirlərinin mühəndisliyi, istehsalı və təchizatı ilə məşqul olub.
Vilbert bakalavr dərəcəsini Miçiqan Universitetində, magistr
dərəcəsini isə Mərkəzi Miçiqan Universitetində alıb.
"AmCham" Azərbaycan - Azərbaycanın biznes maraqlarını dəstəkləyən
və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və
nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən
geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış
"AmCham" 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir
sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham"
Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli
investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın
sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat
mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və
mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və
təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR