Qırmızı.az
Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında keçirilən görüşlərdə iştirak edib
Mayın 20-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Hərbi Komitənin "Qətiyyətli dəstək" formatında baş tutan iclasında Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, "Qətiyyətli dəstək" missiyasının gedişatı, Əfqanıstan təhlükəsizlik təsisatlarının və qüvvələrinin hərbi və idarəetmə bacarıqlarının artırılması məsələləri müzakirə edilib.
Hərbi Komitənin Uyarlıq Platforması formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən ilk iclasda 25 tərəfdaş dövlətin nümayəndələri iştirak edərək NATO-nun Uels Sammitində qəbul olunmuş “Tərəfdaşlarla Uyarlıq Təşəbbüsü” çərçivəsində tərəfdaşlarla uyarlığın artırılması perspektivləri, tərəfdaşların NATO təlimlərində iştirakının genişləndirilməsi imkanları müzakirə olunub.
Baş Qərargah rəisi səfər zamanı Türkiyə, Gürcüstan, Moldova və Polşanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı