Şəhid Fərid Əhmədovun döyüş öncəsi son sözü – Video
Bizi izləyin

Qırmızı.az

Şəhid Fərid Əhmədovun döyüş öncəsi son sözü – Video

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Krasnodarda son döyüşünün görüntüsünün yayılması xəbərinin ardınca sosial şəbəkədə şəhid zabitimiz Fərid Əhmədovun döyüşə girərkən dediyi son sözlərini əks etdirən video-çarx paylaşılmağa başlayıb.

“Axar.az”ın məlumatına görə, döyüş öncəsi son sözündə şəhid olduqdan sonra “yaxşı oğlan” kimi xatırlanacağına əminliyini bildirən Fərid Əhmədovun ruh yüksəkliyi görünür.

Xatırladaq ki, Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.

Fərid Əhmədovun öz əsgəri, Milli Qəhrəman Mübariz İbrahimovun nəşini gətirmək üçün düşmən cinahına təkbaşına keçdiyi barədə də fikirlər səslənməkdədir…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm