Yanan binada xəsarət alanların səhhəti ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Yanan binada xəsarət alanların səhhəti ilə bağlı AÇIQLAMA

Mayın 19-da Azadlıq prospektində yanan binada xəsarət alanların vəziyyəti orta ağır dəyərləndirilir.

Bunu Publika.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 11 nəfər müalicə olunur. Onlardan 8-i böyük, 3-ü uşaqdır.

“Xəstələrdən 4-nə intensiv reanimasiya terapiyası tətbiq edilir. Lakin ümumilikdə vəziyyətləri stabil dəyərləndirilir. Ötən gündən ümumilikdə xəstələrin vəziyyəti ağırdan orta ağır səviyyəsinə enib. Bu gün səhər saatlarında konsilium keçilib və xəstələrinin heç birinin həyatına təhlükə yoxdur”.

A.Maqsudov bildirib ki, sabah bir xəstənin evə buraxılacağı planlaşdırılır. Lakin bu qərar sabah konsiliumun qərarından sonra müəyyən ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm