Qırmızı.az
Şokolad Muzeyindən uşaqlara xoş xəbər
Dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş “Nikolya” Şokolad Muzeyinin müəllif sərgisi Bakıda böyük marağa səbəb olub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ilk həftədən 5000-dən artıq insan müəllif tərəfindən yaradılan şokolad möcüzələrini izləyib.
Şokolatye Nikolya xüsüsi olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq, çoxuşaqlı ailələr və uşaq evindən olan uşaqların iştirakı ilə mayın 27-də saat 15:00-da Muzey Mərkəzində master klass keçirəcək. Master klassa həmçinin Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri də dəvət olunacaq. Hər bir iştirakçı Şokolatyenin köməkliyi ilə Bakıda 1-ci Avropa Oyunlarına həsr olunmuş şokolad martsipandan suvenir hazırlayacaq.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Nikolya” Şokolad Muzeyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Gülnar Əliyeva
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?