Qırmızı.az
Bakıda velosiped dayanacaqları quraşdırılır – FOTOLAR
Ekologiyamızın keşiyində durmaq məqsədi daşıyan “IDEA” İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası Bakı şəhərində velosipeddən istifadəni təşviq etmək məqsədi ilə “Port Baku” kompleksində yerləşən “The Club” idman mərkəzinin qarşısında “IDEA velosiped dayanacağı” (IDEA Bycile Stand) quraşdırıb.
Publika.az-ın məlumatına görə, dayanacağın quraşdırılması şəhərimizdə ekoloji təmiz nəqliyyat növü hesab edilən velosipedi təşviq etməklə yanaşı, yanacaq mühərrikli nəqliyyat vasitələrindən istifadəni azaltmağa xidmət edəcək.
Məlumdur ki, avtomobillərin atmosferə buraxdığı zərərli qazlar havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində ekoloji və sağlamlıq problemlərinin yaranmasına gətirib çıxarır.
Təşkilat inanır ki, Bakı şəhərində xüsusi velosiped dayanacaqlarının quraşdırılması əhali tərəfindən bu nəqliyyat növünün seçilməsi üçün əlavə stimul olacaq.
“IDEA” İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası maraqlı tərəfləri ətraf mühitimizin mühafizəsi naminə “yaşıl nəqliyyat” kampaniyasında iştirak etməyə və məkanlarının qarşısında “IDEA Bycile Stand” quraşdırmağa dəvət edir.
Vasif Həsənli
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO