Qırmızı.az
Bu gün son zəngdir
Artıq bu gündən məktəblərdə tədris ili başa çatır.
Sonuncu zəng çalınır. 5 günlük məktəblərdə sonuncu zəng mayın
29-da, 6 günlük məktəbdə isə ayın 30-də keçiriləcək. Təhsil
Nazirliyindən bildirdilər ki, hər il olduğu kimi bu ildə son zəng
ancaq məktəblərdə qeyd olunacaq.
Təhsil nazirinin müavini Ceyhun Bayramov tövsiyyə edir ki, bütün
tədbirlər məktəb ərazisində keçirilsin.
Paytaxtın orta məktəblərində təşkil ediləcək “Son zəng”
tədbirləri ilə əlaqədar yol polisi 29-u və 30-u may tarixlərində
gücləndirilmiş iş rejiminə keçəcək.
Yol polisinin şəxsi heyəti yeniyetmələrin qeyri-qanuni olaraq
avtomobil idarə etməsinin də qarşısını almaq üçün xüsusi tədbirlər
görəcək.
Həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə
edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza
törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları
da baş verib.
Ona görə də belə xoşagəlməz halların olmaması üçün yol polisi
bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də
avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə
yol verməməyə çağırır.
“Təsillə bağlı keçirilən tədbirlərin təhlükəsizliyin təmin
edilməsi nəzərdə tutulub. Yol polisi bütövlükdə yol-nəqliyyat
hadisələrinin qarşısının alınması və sürücülük vəsiqəsi olmadan
avtomobillərin idarə ednlərə qarşı lazımi tədbirlər görüləcək. Eyni
zamanda azyaşlıların avtomobil idarə etməsinə qarşı nəzarətin
gücləndirməsi məqsədilə valideynlərə tövsiyyə edirik ki, ən azından
diqqətli olsunlar. Şəxsi avtomobillərini şagirdlərin istifadəsinə
verməsinlər” – deyə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov qeyd
edib.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən onu da bildirdilər ki, küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürüləcək və təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Qeyd edək ki, 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirir.
Xatırladaq ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub.
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ