AXCP-nin qərargahı yerləşən binadan köçənlərə ev verilir
Bizi izləyin

Qırmızı.az

AXCP-nin qərargahı yerləşən binadan köçənlərə ev verilir

Məlum olduğu kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının da yerləşdiyi binanın zirzəmisində martın 3-də partlayış olub.

Məlum olduğu kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mərkəzi qərargahının da yerləşdiyi binanın zirzəmisində martın 3-də partlayış olub.

Partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) ekspert qrupu tikilinin qəzalı vəziyyətdə olduğuna dair rəy verib.

Bundan sonra aidiyyatı dövlət qurumları vətəndaşların bu binada yaşamasının mümkünsüzlüyü qənaətinə gəldilər və sakinlərin köçürülməsi, tikilinin isə sökülməsi ilə bağlı qərar verilib.

AzNews.az-ın əməkdaşı adıçəkilən binada söküntü işlərinin gedişi və sakinlərin qəzalı vəziyyətdə olan evlərdən köçürülməsi, o cümlədən onların mövqeyinin öyrənilməsi məqsədilə Nərimanov rayonu Tələt Şıxəliyev 8 ünvanında olub.

Əməkdaşımızın müşahidələrinə görə, həmin ünvanda əhalinin təhlükəsliyi ilə bağlı bütün tədbirlər görülüb, həmçinin, AXCP mərkəzi qərargahının köçürülməsi üçün zəruri amillər nəzərə alınıb.
Artıq binanın tavan və pəncərələri, qapıları sökülməkdədir. Binaya gələn kommunikasiya xətləri də ayırılıb.

Qəzalı binada mənzili olan 3 ailənin müvəqqəti məskunlaşması üçün də bütün lazımı tədbirlər həyata keçirilib. Nərimanov rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə sakinlər iki ay müddətinə kirayə evlərlə təmin edilib.

Sakinlərin sözlərinə görə, onlar söküntü və köçürülmə prosesindən narazı deyillər.

Partlayış nəticəsində evi qəzalı vəziyyətə düşən Rövşən Bayramov bildirib ki, 4 nəfərdən ibarət ailə üzvləri ilə burada 2 otaqlı 45 kvadrat metrlik mənzildə yaşayıb: “Artıq Nərimanov rayon İcra Hakimiyyətinin vəsaiti hesabına iki ay müddətinə ev kirayələmişəm. Hazırda evin əşyalarını həmin ünvana köçürürəm. Yaxın iki aya ərzində isə rayonun “Gənclik” metro stansiyası ərazisində tikilməkdə olan binadan 70 kvadrat metrlik, zəmanətli müqavilə əsasında mənzillə təmin olunacağıq”.

Digər sakinlər də qonşularının dediklərini təsdiq ediblər. Onlar qəzalı vəziyyətdə olan mənzillərindən təhlükəsiz köçürüldüklərini söyləməklə yanaşı, müasir şəraitli evlə təmin ediləcəklərini də söyləyiblər və bu işdə ölkə başçısı İlham Əliyevə, həmçinin rayon icra hakimiyyətinə onların yaşayış şəraitinin yaxşılaşacağı ilə bağlı atılan addımlara görə, minnətdarlıqlarını da bildirməklərini unutmayıblar.

Görülən tədbirlər çərçivəsində hətta binanın zəmisində qeyri-qanuni 2 ailənin də mənzil şəraitinin yaxşılaşdırılmasına dair də göstəriş verilib. Həmin ailələr də Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən mənzillə təmin ediləcəklər.

Biz ərazidə olduğumuz zaman Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov və qurum nümayəndələri əraziyə gələrə, sakinlərlə görüşüb. Ş. İbadov qəzalı binanın sakinlərinin indiki mənzillərdən iki dəfə böyük evlə təmin ediləcəyini də söyləyib.
İcra Hakimiyyətinin rəsmisi sakinlərə onlar üçün hər bir şəraitin yaradılacağını deyib.

Ş. İbadov əlavə edib ki, bundan əvvəl də rayon ərzisində belə köçürülmə halları həyata keçirilib və bu proses zamanı vətəndaşların hüquqları tam təmin olunub.

İcra Hakimiyyəti başçısının sözlərinə görə, Nərimanov rayonu F. Xoyski, H. Əliyev, M. Əlizadə və Atatürk prospektlərində evlərin sökülməsi və sakinlərin yeni binalara köçürülməsi ilə bağlı tədbirlər həyata keçirilib. Rayonun Koroğlu Rəhimov küçəsi və Heydər Əliyev prospektindən köçürülənlərin yeni mənzillərlə təmina olunması isə yaxın vaxtlarda reallaşdırılacaq və həmin binaların sakinləri yeni mənzillərə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm