Qırmızı.az
Ötən ay nazirliyə müraciət edənlərin sayı açıqlandı
Bu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi"nə 8 029 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, onlardan 3214-ü (40,03%) sosial təminat, 2126-ı (26,47%) əmək qanunvericiliyi, 1204-ü (15%) nazirliyin elektron xidmətlərindən istifadə, 838-i (10,44%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 647-i (8,06%) məşğulluq məsələləri üzrə olub. “Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 7438-i (92,6%) qeyd olunan məsələlərə dair sorğulardan ibarət olub və həmin sorğularla əlaqədar vətəndaşlara müvafiq məsələlərə dair hüquqi izahatlar verilib.
Digər müraciətlərdə isə əmək, məşğulluq, sosial təminat məsələləri ilə əlaqədar təklif və şikayətlər ifadə olunub ki, həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılmaq üçün nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib.
May ayında 142-“Çağrı mərkəzi"nə daxil olan müraciətlərin sayı əvvəlki aprel ayı ilə müqayisədə 21,58% azalıb. O cümlədən müraciətlərdə azalma sosial təminat məsələləri üzrə 21,60%, əmək qanunvericiliyinə əməl olunması məsələləri üzrə 18,76%, nazirliyin elektron xidmətlərindən istifadə məsələləri üzrə 23,98%, tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 20,86% və məşğulluq məsələləri üzrə 26,39% təşkil edib.
Gülnar
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri