PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırma başladı - VİDEO
Bizi izləyin

Qırmızı.az

PKK-ya qoşulan azərbaycanlı tələbələrlə bağlı araşdırma başladı - VİDEO

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbənin terrorçu PKK silahlı dəstəsi sıralarına qoşulması xəbəri Azərbaycanda ciddi səs-küy doğurub. Şimali İraqda çəkildiyi iddia edilən videoçarxda PKK terrorçularının sıralarında döyüşən azərbaycanlıların bu ilin aprel ayında Türkiyədə yoxa çıxan 3 tələbə olduğu iddia edilib.

Modern.az saytının əldə etdiyi məlumata görə, Azərbaycannın müvafiq dövlət qurumlarında məsələ ilə bağlı araşdırma başlayıb. Həmin tələbələrin necə, hansı yolla xaricə təhsil almağa getdiyi, PKK-ya qoşulduqlarını bəyan edən gənclərin doğrudan da tələbə olub-olmadığı öyrənilir.

Qeyd edək ki, bu ilin aprel ayında yoxa çıxmış azərbaycanlı gənclər Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn olduğu bildirilib.

Bu il iyunun 6-da YouTube sosial şəbəkəsində “Azeri gençler PKK saflarında 1” adı altında özünü azərbaycanlı tələbələr kimi təqdim edən 3 şəxslə videomüsahibə yayılıb. Onlar PKK-ya xas olan geyimdədir, çiyinlərində “Kalaşnikov” avtomatı var. Videomüsahibədə gənclər Azərbaycandan oduqlarını, Türkiyə universitetlərində təhsil aldıqlarını və RKK-ya qoşulduqlarını təsdiq edir. Onlar özlərini İldırım Bayazit Universitetinin tələbəsi Fərəməz Azəri, Turqut Ozal Universaitetinin tələbəsi Babək Hakır, Balikesir Universitetinin tələbəsi Azad Mirkan kimi təqdim edir. Ehtimal etmək olar ki, hər üç şəxs ad və soyadını yanlış təqdim edib və ya özlərinə kod adı (şərti ad) seçiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm