Qırmızı.az
99 nəfər maksimum nəticə göstərdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən imtahanın nəticəsini açıqlayıb.
TQDK-dan Publika.az-a verilən məlumata görə,
9-cu siniflərdə buraxılış imtahanları test üsulu ilə ana dili və
riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30,
ümumilikdə 60 test tapşırığı təqdim olunub. İmtahanda iştirakı
nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib.
TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri
yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək
60 bal toplayıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilmişdir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilmişdir. İmtahanda iştirakı nəzərdə tutulan 20865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Qeyd edək ki, imtahanlar Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
Gülxar
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO
-
Kriminal09:42Gəlin milyonçu qayınatasını öldürtdü - ŞOK SİFARİŞ
-
Nəqliyyat08:48Quba-Xınalıq yolu çökdü - VİDEO







.jpg)
.jpg)























.png)





