Qırmızı.az
Nazirlik Avropa Oyunlarına görə yeni poçt şöbəsi açdı
Yarışlar keçirilən idman arenalarında səyyar poçt xidmətləri göstərilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, nazirlik ölkəmizdə keçirilən "Bakı-2015" Avropa Oyunlarının informasiya və telekommunikasiya xidmətləri ilə fasiləsiz təmin olunması üçün tədbirlər həyata keçirir.
Hazırda Atletlər kəndində bütün otaqların fasiləsiz və
keyfiyyətli internet və televiziya xidmətləri ilə təmin edilməsi
ilə yanaşı, idmançıların poçt xidmətlərindən istifadəsi üçün müasir
tələblərə cavab verən poçt şöbəsi fəaliyyətdədir.
Burada şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətlərindən istifadə üçün müasir taksofon aparatları da qurulub.
“Azərpoçt” MMC tərəfindən avarçəkmə yarışlarının keçirildiyi
Mingəçevirdəki “Kür İdman Mərkəzi”ndə də yeni ən müasir poçt şöbəsi
istifadəyə verib. Poçt şöbəsində idmançılara bütün poçt xidmətləri
göstərilməsinə imkan var. Şöbə müasir avadanlıq və mebellərlə təmin
edilib.
Qeyd edək ki, hal-hazırda əvvəlcədən təsdiqlənən qrafikə uyğun
olaraq bütün idman arenalarında "Azərpoçt"MMC-yə məxsus mobil
avtomobillər vasitəsilə səyyar poçt xidmətləri göstərilir.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər