Qırmızı.az
Oruc tuta bilmirsənsə...
Hər kəs oruc tutmalıdırmı? Müəyyən xəstəlikdən əziyyət çəkən insanlara oruc tutmaq nə dərəcədə vacibdir?
Publika.az-ın bu suallarını Məşədi Dadaş Məscidinin axundu Hacı Şahin cavablandırıb.
İlahiyyatçının sözlərinə görə, səhhətində problemi olan insanlar oruc tutmamalıdırlar: “Həkimlərin oruc tutmağı ziyanlı hesab etdikləri xəstələr oruc tutmamalıdırlar. Əgər oruc tutmaq bir insanın səhhətinə, sağlamlıq durumuna ciddi ziyan vurursa, həmin insanların oruc tutmasına icazə verilmir. Bu şəxslər oruc tutmadıqları hər günün əvəzində isə ehtiyacı olan insana şəriətimizdə müəyyən olunan məbləği ödəyə bilərlər”.
Oruc tuta bilməyən insanın edə biləcəyi savablara gəlincə, Hacı Şahinin sözlərinə görə, üzrlü səbəbdən oruc tuta bilməyən insan oruc tutmağı niyyət edirsə, orucluğun savabına çatmış olur:
“Üzrlü səbəbdən oruc tuta bilməyən insan elə oruc tutmaq niyyətindədirsə, deyirsə ki, sağlam olsam oruc tutaram, sırf bu niyyətinə görə orucluğun savabına çata bilər. Bundan başqa, oruc tutmayan insan orucluqla bağlı Ramazan ayının digər dualarını oxuya bilər. Ramazan ayında başqa insanlara yardım göstərmək, əl tutmaq, kömək etmək bəyənilən əməllər hesab olunur. Yəni həmin şəxs orucdan başqa Ramazan ayının istənilən bəyənilən əməlini edə bilər”.
İlahiyyatçının sözlərinə görə, üzrlü səbəbdən oruc tuta bilməyən şəxs, əgər gücü çatırsa və imkanı varsa, oruc tutanlara iftar təşkil edə bilər. Əgər gücü çatmırsa, Ramazan ayının gündəlik əməllərindən hər hansı birini yerinə yetirə bilər.
Gülnar Əliyeva
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi



































