Qırmızı.az
Bu günün havası
İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, iyunun 27-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir. İyunun 28-də və 29-da gündüz saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən axşam və gecə saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA