Qırmızı.az
Bu gün qəbul imtahanıdır
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul və buraxılış imtahanları keçirir.
TQDK-dan Publika.az-a verilən məlumata görə,
imtahanlar respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan,
Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan,
Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil
olunacaq və bütün binalarda eyni vaxtda - saat 10-da
başlanacaq.
İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742
nəzarətçi-müəllim ayrılıb.
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət
tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında
orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq
istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarında iştirak
etmək üçün 16150 abituriyent müraciət edib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin
məzunları üçün qəbul imtahanında iştirak etmək üçün 12941
abituriyent qeydiyyatdan keçib.
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanında 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO